18-21 mart tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avopa Olimpiya Təsnifat turniri ilə Olimpiadaya vəsiqə qazanan 36 güləşçinin adına aydınlıq gələcək.
Oxu.Az xəbər verir ki, hər çəki dərəcəsində iki idmançının (finalçılar) lisenziya qazanacağı yarışda Azərbaycan ümumilikdə 16 güləşçi ilə təmsil olunacaq. Artıq həmin heyətlər bəllidir:
Sərbəst güləş üzrə millimiz: Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Əbubəkr Abakarov (86 kq), Cəmaləddin Məhəmmədov (125 kq)
Yunan-Roma güləşi üzrə millimiz: Murad Məmmədov (60 kq), İslambəy Dadov (67 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq), Beka Kandelaki (130 kq)
Qadın güləşi üzrə millimiz: Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq), Gözəl Zutova (76 kq).
Qeyd edək ki, sərbəst güləşdə 97 kq çəki dərəcəsində Şərif Şərifov və qadın güləşində 50 kq-da Mariya Stadnik Olimpiadaya vəsiqəni 2019-cu ildə Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatı zamanı təmin edib.