“Yuventus”un portuqaliyalı futbolçusu Kriştianu Ronaldu yay transfer pəncərəsində Madridin “Real” klubuna qayıda bilər.
Bu barədə El Chiringuito TV məlumat yayıb.
Mənbə iddia edir ki, K.Ronaldunun agenti Jorje Mendeş 36 yaşlı oyunçunun “Kral klubu”na qayıtması ilə bağlı ilkin danışıqlar aparıb.
Xatırladaq ki, ötən gün “Daily Star” nəşri “Yuventus”un Çempionlar Liqasında mübarizəni dayandırdığı üçün portuqaliyalı futbolçunun özünə başqa klub axtardığını yazmışdı.
Qeyd edək ki, K.Ronaldu hazırda Turin klubunda ilinə 31 milyon avro(63 milyon manat) maaş alır.