Futbol üzrə Türkiyə çempionatının XXX turu çərçivəsində keçirilən qarşılaşmada “Başakşəhər” doğma meydanda “Beşiktaş”ı qəbul edib.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 42-ci dəqiqədə qonaqların hücumçusu Kayl Larin açıb. Daha sonra meydan sahiblərinin yarımmüdafiəçisi Dəniz Türüc hesaba tarazlıq gətirib. Matçın 68-ci dəqiqəsində Velinton "Beşiktaş"ı yenidən hesabda irəli çıxarıb. Lakin "Başakşəhər"in hücumçusu Demba Ba 76-cı dəqiqədə hesabı yenidən bərabərləşdirib. Buna baxmayaraq "Beşiktaş"ın yarımmüdafiəçisi Josef de Souza görüşün 85-ci dəqiqəsində komandasına qələbə qazandı4an qolun müəllifi olub.
Beləliklə, "Beşiktaş" səfərdə "Başakşəhər"i 3:2 hesabı ilə məğlub edərək İstanbul derbisindən qalib ayrılıb.