Bütün yollar İstanbula aparır 


İsveçrənin şəhərətrafı qəsəbəsi Nionda, Avropanın ən nüfuzlu turniri olan Uefa Çempionlar Liqasının 4/1 final mərhələsinin püşk atma mərasimi keçirildi. Sona qalan 8 komanda arasinda, İngiltərəni -“Çelsi”, ”Liverpul”, ”Mançester Siti” təmsil edəcək. Almaniyanı -“Bayer Münhen”,”Borusiya Dortmund”. Fransanı “PSG”, Portuqaliyanı “Porto” və İspaniyanı “Real Madrid” təmsıl edəcək. Püşkatmanın nəticələrinə gəlincə isə, “Mançester Siti” - “Borrusiya Dortmund”, “Porto”-“Çelsi,” “Bayer Münhen” - “PSG”, “Real Madrid” - Liverpul”. Oyunlara gəlincə ”Mançester Siti” - “Borusiya Dortmund” ilə son 10 ildə turnirdə 2012-2013-cü ildə eyni qrupda üz-üzə gəliblər. Həmin vaxt ilk oyunda “Siqnal İduna Park”da keçirilən ilk görüşdə meydan sahiblərı 1-0 hesabıyla qələbə qazanıblar. “Etihat”da keçırilən görüşdə isə tərəflər sülhə razı olublar 1-1. Turnirin qol krallığna 10 qolla “Dortmund”un gənc ulduzu Erik Halland başçılıq edir. “Mançester Siti”yə gəldikdə isə bu mövsüm turnirdə məğlubiyyətin nə olduğunu bilmirlər.

“Bayer Münhen” - “PSG” gəldikdə isə fransızlar revanş almaqa çalişacaqlar. Belə ki ötən mövsüm finalında “PSG”ni məğlub edən “Bayer” 2020-cı ilin qalibi olub. Bu dueldə bizi maraqlı 180 dəqiqə gözləyəcək.

“Porto” -“ Çelsi” oyunu da gərgun mübarizə vəd edir. Kağız üzərində favorit “Çelsi”ni saya bilərik. Lakin ötən mərhələdə “Yuventus”u turnirdən uzaqlaşdıran portuqallar “Çelsi”yə görüşdə də sensasiya etməyə çalişacaqlar. “Çelsi” öz novbəsində   ötən mərhələdə “Atletiko Madrid”i hər iki görüşdə məğlub etməyi bacarmışdı.

“Real Madrid”-“Liverpul” daha bir maraqli qarşılaşma bizi gözləyir. Bu dueldə komandaların şansları bərabər görsənir. 2018-ci il fınalında “Liverpul”u məğlub edən “Kral Clubu” “Liqa Çempion”lar turniri tarixində  13-cü Kubokunu başı üzərinə qaldırmişdır.

”Liverpul” isə turnirin 9 dəfə turnirin qalibi olub,sonuncu dəfə 2019-cü ildə “Tottenxem”i 2-0 hesabıyla məğlub edib. Beləliklə bizi 2 titullu komandanın maraqlı 2 görüşü gözləyir.  

Final İstanbula keçiriləcək. Ancaq finala çatmaq üçün komandalar növbəti mərhələni adlamalıdırlar. 

Nizami Quliyev/İdman şərhçisi