Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində II turun ilk oyun gününə yekun vurulub.
"Report"un məlumatına görə, son 4 qarşılaşmadan 2-si Azərbaycan millisinin yer aldığı A qrupuna təsadüf edib. Serbiya yığması Portuqaliya ilə görüşdə əzmkar heç-heçəyə nail olub.
Uzatma dəqiqələrində Nikola Milenkoviç qırmızı vərəqə alaraq, Serbiya millisini azlıqda qoyub. Beləliklə, o, martın 30-da Bakıda Azərbaycan millisi ilə görüşdə iştirak etməyəcək.
Daha bir maraqlı məqam Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldunun final fiti ərəfəsində təmiz qolunun hesaba alınmaması olub.
İrlandiya isə öz meydanında gözlənilmədən Lüksemburqa uduzub.
E qrupunda Çexiya Belçika ilə görüşdən 1:1, H qrupunda isə Slovakiya Malta ilə qarşılaşmadan 2:2 hesablı heç-heçə ilə ayrılıb.
DÇ-2022, seçmə mərhələ
II tur
27 mart
A qrupu
23:45. Serbiya - Portuqaliya - 2:2
Qollar: Aleksandar Mitroviç, 46. Filip Kostiç, 60 - Dioqu Jota, 11; 36
Qırmızı vərəqə: Nikola Milenkoviç, 90+2 (Serbiya)