“Mançester Siti” 2:0 hesablı qələbə qazandı

Aprelin 3-də futbol üzrə İngiltərə Premyer Liqasının 31-ci turunun mərkəzi qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, "Mançester Siti" doğma azarkeşlər önündə "Lester Siti” komandasını qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hər iki qol qarşılaşmanın ikinci hissəsində vurulub. "Şəhərlilər"in heyətində Benjamin Mendi və Qabriel Jesus fərqləniblər. Bu nəticədən sonra xalını 74-ə çatdıran "Mançester Siti" Premyer Liqada liderliyini davam etdirir. "Lester Siti" isə 56 xalla üçüncü yerdə qərarlaşıb.