“Yuventus” klubunun azarkeşləri ulduz futbolçu Kriştianu Ronaldunun İtaliya çempionatının 33-cü turunda “Fiorentina”ya qarşı sərgilədiyi oyundan narazı qalıb.
Bu barədə “Football Italia” nəşrində “onu ehtiyat oyunçular skamyasına oturdun” başlığı ilə dərc edilən məqalədə qeyd olunub.
Yazıda Ronaldunun A Seriyasındakı son üç görüşdə qol vura bilməməsi vurğulanır.
Həmçinin son turda portuqaliyalı oyunçu “Fiorentina” ilə qarşılaşmada 100 faizlik qol epizodunu boşa verib. Bu isə azarkeşlərin qəzəbinə səbəb olub.
“Yuventus”un baş məşqçisi Andrea Pirlo isə oyundan sonra keçirilən mətbuat konfransında K.Ronaldudan narazı qalmadığını söyləyib:
“Ronaldunun pis oynadığını düşünmürəm. Onun bir neçə imkanı oldu. Ümumilikdə hər şey olduqca yaxşı səviyyədə idi”.
Xatırladaq ki, ötən gün keçirilən “Fiorentina”-“Yuventus” qarşılaşması 1:1 hesabı ilə bitib.