Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində dünən keçirilmiş “Sabah” – “Neftçi” oyunu barədə araşdırma aparılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın “Facebook” hesabı məlumat yayıb.
Məlumatda bildirilir ki, oyunun hakim-inspektoru Gülağa Cabbarov tərəfindən təqdim olunacaq hesabata əsasən (hər oyundan sonra həyata keçirilən prosedura uyğun olaraq) qarşılaşmanın hakimlər briqadasının idarəçiliyi ilə əlaqədar AFFA-nın Hakimlər Komitəsi tərəfindən müvafiq araşdırma aparılacaq.
Qeyd edək ki, həmin matçda hər iki tərəf hakim idarəçiliyindən narazı qalıb. Görüşün baş hakimi Vüqar Həsənlinin idarə etdiyi görüşdə üç qırmızı, 19 sarı vərəqə göstərilib və üç penalti verilib. Bir dəfə isə “Neftçi”nin vurduğu qol hesaba alınmayıb.