"Real" "Çelsi" ilə bərabərə qaldı 

Dünən Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Qol.az xəbər verir ki, 1-ci oyun günündə "Real" Madriddə "Çelsi"ni qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb.

Sabah isə "Mançester Siti" PSJ-nin qonağı olacaq. Yarımfinal mərhələsinin cavab oyunları isə 4-5 may tarixlərinə keçiriləcək.

Çempionlar Liqası, yarımfinal, ilk oyunlar

27 aprel

23:00. "Real" (Madrid, İspaniya) - "Çelsi" (İngiltərə) - 1:1
Qollar: Pulişiç, 14 (0:1), Benzema, 29 (1:1)

28 aprel

PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə)