Şahmat üzrə onlayn Çempionlar Turunun “New in Chess Classic” adlı mərhələsində bu gün yarımfinalın cavab görüşləri keçiriləcək.
Oxu.Az xəbər verir ki, ilk görüşlərdə ABŞ təmsilçisi Hikaru Nakamuraya 1:3 hesabı ilə uduzan Şəhriyar Məmmədyarov bu dəfə revanş almağa çalışacaq. Şəhriyar finala adlaya bilmək üçün növbəti dörd görüşdə üstünlük əldə edib ümumi hesabı bərabərləşdirməli və üçüncü – həlledici partiyada rəqibinə qalib gəlməlidir.
Yarımfinalın digər görüşündə Maqnus Karlsenlə (Norveç) Levon Aronyan (Ermənistan) qarşılaşacaq. Xatırladaq ki, bu tərəflərin dünənki görüşlərindən sonra dörd heç-heçə qeydə alınıb və 2:2 hesabı statistikaya yazılıb.