Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova nazir Azad Rəhimovla bağlı mətbuata müraciət edib.
Qaynarinfo-nun məlumatına görə, S.Məmmədova müraciətdə bildirib:
"Hörmətli media nümayəndələri! Hər birinizin narahatlığını başa düşür, anlayışla qarşılayıram. Hər birinizə Azad müəllim üçün etdiyiniz dualar, dediyiniz xoş sözlər üçün dərin təşəkkür edirəm. Sizdən son dərəcə xahiş edirəm, əsaslanmamış informasiyaları yayıb çaşqınlıq yaratmayın. Bu onun ailəsinə, doğmalarına çox pis təsir edir. Telefonum hər biriniz üçün açıqdır və daima əlaqədəyik. Bacardığım qədər sizi bundan sonra da məlumatlandıracam”.
Qeyd edək ki, Azad Rəhimovun vəfat etməsi ilə bağlı xəbərlər yayılıb.