"Real"ın baş məşqçisi Zinəddin Zidan La Liqa uğrunda mübarizədən danışıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, o, ölkə çempionu olmaq istədiklərini deyib: "Əsas olan mümkün qədər çox xal toplamaqdır. Dörd komanda La Liqa çempionluğu uğrunda mübarizə aparır və bumövsümün sonuna qədər davam edəcək. Hər kiçik şey önəmlidir.
La Liqa inanılmaz dərəcədə çətindir və sona qədər də qalacaq. Rəqiblərimizin məğlub olmağından zövq almıram. La Liqanı qazanmaq istəyirik və bunun üçün mövsümün sonuna qədər mübarizə aparacağıq. Əsas diqqətimizi qarşıda duran matçlara yönəltmək istəyirik".
Qeyd edək ki, "Real" hazırda ölkə çempionatında 71 xalla 2-ci pillədə qərarlaşıb. Madrid təmsilçisi lider "Atletiko"dan 2 xal geridə qalır.