Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla Ermənistan təmsilçisi Levon Aronyan arasında 3-cü yer uğrunda görüdə ikinci oyunun gününün ikinci partiyası başa çatıb.
"Report"un məlumatına görə, qarşılaşma 25-ci gedişdə heç-heçə ilə yekunlaşıb. Hazırda Məmmədyarov öndədir - 1,5:0,5.
21:50
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla Ermənistan təmsilçisi Levon Aronyan arasında 3-cü yer uğrunda görüdə ikinci oyunun gününün ilk partiyası başa çatıb.
"Report"un məlumatına görə, qarşılaşma 54-cü gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Qara fiqurlarla oynayan azərbaycanlı qrossmeysterin hücumları qarşısında Aronyan təslim olub.
21:15
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsinə bu gün yekun vurulacaq.
"Report"un məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda görüşdə Levon Aronyanla (Ermənistan) yenidən üz-üzə gəlir. İlk oyun günündə heç-heçə qeydə alınıb - 2:2. Görüşlərin yarısı Məmmədyarovun, yarısı isə Aronyanın qələbəsi ilə başa çatıb.
Bugünkü 4 qarşılaşmanın ardından qalib bilinməsə, tay-brek oynanılacaq.
Çempionluq oyununda isə Karlsenlə Nakamura üz-üzə gələcək. İlk oyun günündə 4 görüşün yekununda dünya çempionu qalib gəlib - 3:1.
Çempionlar Turu: "New In Chess"
Final
21:00. Maqnus Karlsen (Norveç) - Hikaru Nakamura (ABŞ)
İlk oyun - 3:1
3-cü yer uğrunda görüş
21:00. Şəhriyar Məmmədyarov (Azərbaycan) - Levon Aronyan (Ermənistan)
İlk oyun - 2:2
Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirin qalibi 30 000 ABŞ dolları qazanacaq.