Ronaldonun qolları "Yuventus"u xilas etdi

İtaliya A seriyasında 34-cü turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, bu gün "Yuventus" səfərdə "Udineze" ilə qarşılaşıb. Hesabı meydan sahibləri açsa da, görüşün sonlarına yaxın Kriştiano Ronaldo dubl etməklə komandasını məğlubiyyətdən xilas edib. 


"Udineze" - "Yuventus" - 1:2
Qollar: Molina, 10 (1:0), Ronaldo, 83-pen.(1:1), 89 (1:2)

Xatırladaq ki, bu gün "İnter"in çempionluğu rəsmiləşib. "Milan", "Yuventus", "Atalanta" 69 xalla müvafiq olaraq 4, 3 və 2-ci pillələri bölüşürlər. "Udineze" isə 39 xalla 11-cidir.