Türkiyənin "Erzurumspor" komandasının baş məşqçisi Yılmaz Vural istefaya göndərilib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Buna Superliqa təmsilçisinin son turlardakı uğursuz çıxışı səbəb olub.
Qeyd edək ki, "Erzurumspor" Yılmaz Vuralın başçılığı altında meydana çıxdığı 9 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib, 5 dəfə uduzub.