
Ağ Partiya bələdiyyə seçkilərinə ciddi hazırlıq görmür
20:24 28.11.2024
Siyasət
430
Əhəd Məmmədli: "Bizdə vəziyyət ayrı cürdür"
Bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyələrin həm sərhədləri, həm məntəqələr, həm də bələdiyyə ərazisində olan seçicilərin sayı ilə bağlı zəruri addımların atıldığını deyib. Sədr bildirib ki, bələdiyyələrin birləşməsindən sonra artıq Azərbaycanda 685 bələdiyyə fəaliyyət göstərir. Bələdiyyə seçkilərinə dair Təqvim Planı da təsdiq edilib və şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupu yaradılıb. Seçkiqabağı təşviqat gələn il yanvarın 6-da başlayacaq. Namizəd olmaq istəyənlər səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini dairə seçki komissiyasına təqdim etməlidir. Bələdiyyə seçkilərinə fevralın 23-dək yekun vurulacaq. MSK sədri siyasi partiyaları, ictimaiyyəti bələdiyyə seçkilərində fəal olmağa səsləyib.
AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında deyib ki, bələdiyyə strukturları və seçkilərlə bağlı vəziyyət heç də ürəkaçan deyil. Ona görə də bələdiyyə seçkiləri sönük keçirilir və iştirak zəif olur:

"MSK sədri siyasi partiyaları fəal olmağa, seçkidə aktiv iştiraka çağırır. Bələdiyyə rəhbərliyində neçə partiya təmsil olunur? Ümumiyyətlə, bələdiyyələrdə müxalifət partiyalarının mövcudluğu nə qədərdir? Deyirlər ki, bələdiyyələr seçkili orqandır, yəni kimsə yoxdursa, deməli, onu seçməyiblər. Ancaq belə olmadığını hamımız yaxşı bilirik. Ən ciddi problem isə bələdiyyə strukturlarının səlahiyyətləri ilə bağlıdır. Bir zibil yığımı ilə məşğul olurdular, onu da səhv etmirəmsə, icra hakimiyyətlərinə verdilər. Azərbaycanda bələdiyyə qurumu, bələdiyyə seçkisi deyiləndə vətəndaşın ağlına nə gəlir? Əksər hallarda "torpaq satan qurum" kimi baxırdılar. Amma indi də deyirlər ki, artıq satmağa torpaq da qalmayıb. Bələdiyyələr elə vəziyyətə salınıb ki, seçkilərdə iştirak etmək istəyənlər tapılmır. İnsanlarda həvəs, istək yoxdur. Əhəmiyyətsiz, mənasız yanaşırlar. Üzv olmağa belə adam tapılmır. Kənd adamlarına yalvarırlar ki, "gəl bələdiyyə üzvü ol, yer dolsun". Belə şəraitdə ciddi, təsirli seçkidən danışmaq olmur".
Partiya funksioneri vurğulayıb ki, əslində, AĞ Partiya bütün seçkilərdə iştirakın tərəfdarıdır: "Bələdiyyə seçkiləri ilə bağlı da üzvlərimizə könüllü iştirakla bağlı müəyyən tapşırıqlar verilib. Ancaq demək istədiyim odur ki, bələdiyyə qurumu və bu orqanlara seçkilər ciddi olmalıdır ki, partiyalar prosesə ciddi hazırlaşsınlar. Başqa partiyaları deyə bilmərəm, amma AĞ Partiya bələdiyyə seçkilərinə ciddi hazırlıq görmür. Bələdiyyələrin səlahiyyətləri arzulanan səviyyədə artırılarsa, müxalifət partiyalarının təmsilçiliyi, iştirakı təmin olunarsa, o halda güclü bələdiyyədən danışmaq olar. Yox əgər bələdiyyə sədrləri icra başçılarının dedikləri ilə durub-oturacaqlarsa, elə ləğv edilsələr yaxşıdır. Halbuki bələdiyyə seçkili orqandır, icra hakimləri isə təyinatlı strukturdur. Seçkili orqan təyin olunan qurumdan daha üstün olmalıdır. Bizdə vəziyyət ayrı cürdür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran bu həftə internetə çıxışı tam bərpa edəcək
19:23 19.01.2026
Region
Erməni Kilsəsinin episkoplar iclası Avstriyada keçiriləcək
19:01 19.01.2026
Cənubi Qafqaz
Bu tarixdə metro saat 1-ə kimi işləyəcək
18:53 19.01.2026
Cəmiyyət
“Ayntraxt”ın rəsmisi: “Bakıya qalib gəlmək üçün gedirik“
18:37 19.01.2026
Dünya
10 il axtarıldı, 1 kilometr aralıda tapıldı: Bin Ladenin son qalası
18:33 19.01.2026
Dünya
İranda 19 yaşlı futbolçu edam edilə bilər
18:26 19.01.2026
Dünya
“Dünya təhlükəli yola girib” - Səxavət Məmməd
18:18 19.01.2026
Dünya
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
18:13 19.01.2026
Gündəm
Türkmənistanın ÜTT-yə üzvlüyü üçün yol xəritəsi hazırlandı
18:04 19.01.2026
Dünya
Türkiyədə məşhur aparıcı həbs edilib
17:42 19.01.2026
Şou
İranda etirazçılar təslim olmağa çağırıldı
17:20 19.01.2026
Dünya
Mingəçevirdə sərnişin avtobus sürücüsünü döydü
17:14 19.01.2026
Hadisə
Pezeşkian mühafizəkar xəttə məcbur edilir - ŞƏRH
16:58 19.01.2026
Siyasət
Özbəkistan Prezidenti Donald Trampın təklini qəbul etdi
16:51 19.01.2026
Dünya