Boliviya çempionatının 7-ci turunda "Stronqest"lə qarşılaşan "Royal Pari" oyuna 7 futbolçu ilə çıxıb.
Qol.az xəbər verir ki, yarışın lideri futbolçularının koronavirusa yoluxması səbəbindən bu çətinliklə üzləşib.
Artıq görüşün 8-ci dəqiqəsində meydan sahibləri azlıqda olan rəqibinin qapısından 3-cü topu keçirib. Daha sonra qonaqların müdafiəçisi zədələnib və oyunu tərk etməli olub. Bundan sonra komanda 6 oyunçu ilə qalıb və qaydalara görə matça davam edə bilməyiblər. Beləliklə, meydan sahibləri qələbə qazanıb.
Bu nəticədən sonra "Stronqest" xallarını 16-ya çatdıraraq liderliyə yüksəlib.