Gələn son dəqiqə xəbərinə görə, 2021-ci ilin iyin ayında keçiriləcəyi planlaşdırılan “Formula 1” – “Türkiyə Qran-Pri”si təxirə salınıb. Buna səbəb COVİD-19 pandemiyası ilə əlaqədar səyahət məhdudiyyətlərinin hələ də qüvvədə saxlanmasıdır.
“Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, “Formula 1” yarışları 2021-ci ilin 11-13 iyun tarixlərində Türkiyədə keçirilməliydi. Lakin “F1”-in rəsmi internet səhifəsində yer alan xəbərdə qeyd edilir ki, 11-13 iyun tarixlərinə təyin edilmiş yarışlar təxirə salınır. “Fransa Qran-Pri”si 18-20 iyuna keçirilir, 25-27 iyun tarixlərində isə Avstriyada aha bir yarış keçiriləcək. Formula1TM başqanı Stefano Dominicali isə deib ki, Türkiyədə keçiriləcək yarışları “dörd gözlə” gösləyirdilər. Yarışların Türkiyədə təkrar keçiirlməsinə çalışacaqlar.