Güləş üzrə dünya və Avropa çempionu Rəsul Çunayev öz brendini yaradacaq.
"Sherg.az" xəbər verir ki, R.Çunayev bu barədə "Həmin Zaur" verilişində deyib.
O bildirib:
"İdman geyimləri brendi üçün hazırlıq gedir.
İki idman zalım da var. Beynəlxalq Klub və Akademiyanı artıq qeydiyyat keçirmişəm. Fəaliyyətə başlamışam, lakin müqavilələr tam hazır olanda açılışını edəcəm".