Azərbaycan güləşçisi erməniyə qalib gələrək dünya üçüncüsü oldu

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə çıxıb.
“Report”un məlumatına görə, 63 kiloqramda yer alan idmançı ermənistanlı Qraçya Poqosyanla qarşılaşıb.
Rəqibi üzərində 10:4 hesablı qələbə qazanan Məmmədov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.