Şahmatın klassik növü öz baxımlılığını itirir, məhz buna görə də sürətli şahmata keçmək lazımdır.
Bu sözləri Rusiyanın TASS agentliyinə verdiyi açıqlamada Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.
T.Rəcəbov bildirib ki, mən çox yerdə oynamışam və müxtəlif turnirlərin qalibi olmuşam. Lakin kommersiya xarakterli klassik turnirlər artıq öz baxımlılığını itirir. Mənə daha çox dünya çempionu ola biləcəyim turnirlər, dünya kuboku və ya Olimpiya medalları qazana biləcəyim yarışlar maraqlıdır. Məhz buna görə də bundan sonra diqqətimi yalnız bu turnirlərə ayıracağam. Bundan əlavə düşünürəm ki, şahmat daha sürətli olmalıdır.
Şahmatçı 2019-cu ildə dünya kuboku yarışının qalibi olub və yığmamızın heyətində 3 dəfə Avropa çempionu adını qazanıb.