"Arsenal" onunla müqaviləni uzatdı

"Arsenal" Bukayo Saka ilə müqaviləni uzadıb. 

Qol.az  Football.London"a istinadən xəbər verir ki, cinah müdafiəçisi ilə hazırkı müqavilə 2023-cü ilin yayına kimi hesablanıb. London təmsilçisi oyunçu ilə müqaviləni daha bir il uzatmaq imkanı ilə bağlı bəndi aktivləşdirib. 

Tərəflər həmçinin müqavilənin daha uzun müddətə uzadılmasını müzakirə edirlər. Danışıqların hazırda yaxşı getdiyi vurğulanıb. 

Qeyd edək ki, Saka bu mövsüm Premyer Liqanın 16 oyununda 6 qol vurub və 6 qolun ötürməsini verib.