İspaniyanın futbol üzrə millisinin və “Barselona”nın sabiq futbolçusu Jerar Pike yenidən yaşıl meydanlara qayıda bilər.
“Report” xəbər verir ki, bunu 35 yaşlı keçmiş müdafiəçi özü açıqlayıb.
Pike təşkilatçısı olduğu “Krallar Liqası” turnirində oynaya biləcəyini istisna etməyib. Turnir yanvarın 1-də start götürüb.
Qeyd edək ki, Jerar Pike karyerasını ötən ilin noyabrında başa vurub.