PSJ Neymara qiymət qoydu

PSJ yay transfer pəncərəsində futbolçusu Neymarla yollarını ayırmağa hazırdır . 

Qol.az xəbər verir ki, bu barədə İspaniyanın “Sport” nəşri məlumat yayıb. Bildirilib ki, Paris təmsilçisinin rəhbərliyi maaşları tənzimləmək üçün braziliyalı hücumçu ilə yollarını ayırmaqda qərarlıdır. PSJ öz idman layihəsini hücumçular Kilian Mbappe və Lionel Messi üzərində qurmaq istəyir .

Klub 30 yaşlı futbolçunu 100 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, Neymar 2017-ci ildə "Barselona"dan 222 milyon avroya PSJ-yə transfer olunub.