Bu gün Türkiyə Superliqasında 18-ci tura start verilib.
Qol.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib. Günün ilk matçında "Hatayspor" "Antalyaspor"la heç-heçə edib.
"Beşiktaş" evdə "Kasımpaşa" ilə üz-üzə gəlib. Görüş "qara qartal"ın qələbəsiylə başa çatıb.
Qeyd edək ki, "Beşiktaş" turnur cədvəlində 29 xalla 5-ci, "Alanyaspor" 21 xalla 9-cu, "Kasımpaşa" 18 xalla 13-cü, "Hatayspor" isə 17 xalla 15-cidir.
Türkiyə Superliqası, 18-ci tur
7 yanvar
"Hatayspor" - "Antalyaspor" - 0:0
"Beşiktaş" - "Kasımpaşa" - 2:1
Qollar: C.Tosun. 28, V.Veqorst, 45+6 - A.Engin, 69