Fransa Futbol Federasiyasının prezidenti Zidandan üzr istədi

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrey millinin keçmiş üzvü, “Real”ın (Madrid) sabiq baş məşqçisi Zinəddin Zidandan üzr istəyib.
Xatırladaq ki, Noel Le Qrey dünən verdiyi açıqlamasında bildirmişdi ki, Zidan millinin baş məşqçi vəzifəsinə namizəd olmayıb və ondan zəng gəlsə belə, ona cavab verilməyəcək.
Bu açıqlama Fransa futbol ictimaiyyətinin kəskin reaksiyasına səbəb olub. Nəticədə Noel Le Qrey sözlərini geri götürmək məcburiyyətində qalıb.
“Bu sözlər nə mənim fikirlərimi əks etdirir, nə də futbolçu və məşqçi kimi Zidana olan münasibətimi dəyişir. Buna görə üzr istəyirəm”, - deyə Noel Le Qrey vurğulayıb.
Mənbə: France-Presse