Mbappenin əvəzləyicisi “Qarabağ”da

Ağdamın “Qarabağ” klubu yeni futbolçu transfer edib. 
Oxu.Az klubun rəsmi sosial şəbəkə hesabına istinadən xəbər verir ki, “köhlən atlar” fransalı hücumçu Adama Diakabi ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb.
Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. 26 yaşlı futbolçu Fransanın “Kan”, “Renn”, “Monako” və “Amyen”, eləcə də İngiltərənin “Haddersfild” və “Nottingem Forest” klublarının da formasını geyinib.
2017-ci ilin yay transfer pəncərəsi ərzində “Monako” klubu PSJ-yə gedən Kilian Mbappeni əvəzləmək üçun Diakabini 10 milyon avroya transfer edir.