“Qarabağ”ın yarımmüdafiəçisinin Rusiya klubuna keçidi rəsmiləşib


Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Kadi Borgesin Rusiyanın “Krasnodar” klubuna keçidi rəsmiləşib.

Trend-in məlumatına görə, futbolçu yeni komandası ilə 2026-cı il iyunun 30-dək müqavilə imzalayıb.

Braziliyalı yarımmüdafiəçi Ağdam klubunda olduğu kimi, 20 nömrəli forma ilə çıxış edəcək.

Xatırladaq ki, Kadi Borges 2021-ci ilin yayından “Qarabağ”ın şərəfini qoruyurdu.