"Real"ın futbolçusu Kərim Benzema Fransa millisi ilə bağlı sualları cavablandırmaqdan imtina edib.
Qol.az xəbər verir ki, o, İspaniya Superkubokunun finalından əvvəl keçirilən mətbuat konfransında DÇ-2022 və Fransa Futbol Federasiyasının sabir prezidenti Noel Le Qre ilə bağlı vəziyyəti şərh etmək istəməyib:
“Hər şey bitdii. Ən əsası qarşıdakı oyundur. Mən psixoliji cəhətdən hazıram. Artıq dünya çempionatı və Fransa yığması haqda danışmaq istəmirəm. Mən ancaq İspaniya Superkubokunun finalı ilə bağlı sualları cavablandıracağam”.
Xatırladaq ki, Noel Le Qre Fransa millsinin baş məşqçisi vəzifəsinə namizədlər haqda danışarkən Zidan ona zəng etsə, telefona cavab verməyəcəyini bildirmişdi. Le Qre daha sonra keçmiş futbolçudan üzr istəyib. Bundan sonra isə o, vəsifəsindən uzaqlaşdırılıb. Benzema isə mundialdan əvvəlki məşqdə zədələnib və turnirdə iştirak etməyib. Daha sonra isə milli karyerasını başa vurduğunu açıqlayıb.