"Çelsi" "Şaxtyor"dan Mixail Mudriki transfer etdiyini açıqlayıb.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London klubu ukraynalı yarımmüdafiəçi ilə 2030-cu ilin yayınadək müqavilə imzalayıb.
Britaniya mətbuatı bu transfer üçün "Çelsi"nin Donetsk klubuna 70 milyon avro ödəyəcəyini yazıb. Müqavilədəki müxtəlif şərtlər, o cümlədən İngiltərə Premyer Liqası və Çempionlar Liqasının qalibi olmaq aktivləşdirilərsə, əlavə 30 milyon avro bonus ödəniləcək.
Qeyd edək ki, Mudrik bu mövsüm 24 oyunda 10 qol vurub və 8 qolun ötürməsini verib.