PSJ-nin hücumçusu Kilian Mbappe Fransa millisinin yeni kapitanı olub.
Qol.az L'Equipe" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı oyunçu baş məşqçi Didye Deşam tərəfindən Fransa millisinin kapitanı seçilib. Fransanın əvvəlki kapitanı komandanın Argentina ilə dünya çempionatının finalında məğlubiyyətindən sonra karyerasını başa vurduğunu açıqlayan qapıçı Uqo Lloris idi.
Kilian Mbappe kapitan sarğısı ilə ilk oyununa Avro-2024-cü seçmə mərhələsi çərçivəsində martın 24-də Niderlanda qarşı matçda çıxacaq.
Mbappe 2017-ci ildən Fransa millisində çıxış edir. Bu müddət ərzində o, millinin heyətində 66 oyuna çıxıb və 36 qol vurub.