La Liqada bu texnologiyanın tətbiqi ilə bağlı danışıqlar gedir

La Liqa rəhbərliyi yarımavtomatik oyundankənar vəziyyətin aşkarlanması sistemlərini tətbiq edə bilər.

Qol.az COPE-yə istinadən xəbər verir ki, La Liqa növbəti mövsümdən etibarən bu texnologiyanı tətbiq etmək üçün İspaniya Kral Futbol Federasiyası (RFEF) ilə işləyir. 

Hər bir stadionda oyunçuların meydançadakı yerini və hərəkətlərini qeyd edən 12 kamera olacaq. 

Qeyd edək ki, yarımavtomatik ofsayd aşkarlama texnologiyası yalnız Avropa liqalarından birində - A Seriyasında tətbiq olunur.