Ronaldo: "Səudiyyə Ərəbistanı Liqası  məni çox  təəccübləndirdi"

Portuqaliyalı ulduz futbolçu  Kristiano Ronaldo, "Səudiyyə Ərəbistanı Liqası Premyer Liqa deyil, amma mən çox təəccüblənirəm. Plan belə davam edərsə, dünyanın ən rəqabətli 5-ci liqasına sahib ola bilərlər" deyib.

Sherg.az xəbər verir ki, Səudiyyə Ərəbistanında "Əl-Nassr" komandasında çıxış edən Ronaldo, Səudiyyə Ərəbistanı Liqasının yaxın illərdə daha yaxşı yerlərə gələcəyinə inandığını vurğulayıb.

Portuqaliya ilə millinin düşərgəsində olan 38 yaşlı futbolçu açıqlamasında bunları deyib:

"Səudiyyə Ərəbistanı Liqası Premyer Liqa deyil, amma mən müsbət mənada təəccüblənirəm. Onların planı davam edərsə, dünyanın ən rəqabətli 5-ci və ya 6-cı liqasına sahib ola bilərlər."

Ulduz futbolçu bu mövsüm Səudiyyə Ərəbistanı Liqasında 8 matçda 9 qol vurub.