İtaliya millisinin baş məşqçisi Roberto Mançini PSJ-ni çalışdıra bilər.
Paris klubunun rəhbərliyi hazırkı “sükançı”sı Kristof Qaltyedən narazıdır və onunla yolları ayıracaq. PSJ bu postu italyan mütəxəssisə həvalə etmək istəyir.
Mançininin təklifə isti yanaşdığı bildirilir. Tərəflərin artıq danışıqlara başladığı iddia edilir.
Daha əvvəl bir neçə mütəxəssisin adı PSJ ilə yanaşı hallansa da, Roberto Mançininin namizədliyi ilk dəfə müzakirə olunur.
Mənbə: “II Messaggero”