Bayrağımız yandırılan kimi reaksiya verdik - Kənan Məstəliyev


Bayrağımız yandırılan kimi reaksiya verdik.

Trend xəbər verir ki, bunu Heydər Əliyev adına hava limanında jurnalitlərə açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev məlumat verib.

"Xalqımızı dəstəyini hiss edirdik, biz bilirdik xalqımız bizim yanımızdadır. Bizim yarışda qalmağımızı istəyirdilər, amma biz orda qala bilməzdik"

Xatırladaq ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Azərbaycan bayrağı yandırılıb.

Bundan sonra azərbaycanlı idmançıların yarışdan imtina edərək, ölkəyə qayıtması barədə qərar verilib.

Baş Prokurorluqda Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.2, 283.2.1 (zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması), 12.2, 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması) və 12.2, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanıb.