Ora bayağımızı qaldırmağa getmişdik. Onların etdikləri düzgün deyildi, bayrağımız hər şeydən ucadır. Erməni təxribatı səbəbindən yarışdan imtina etdik
Trend xəbər verir ki, bunu Heydər Əliyev adına hava limanında Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatından imtina edərək Vətənə qayıdan ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Ömər Cavadov jurnalistlərə açıqlamasında deyib.
Xatırladaq ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Azərbaycan bayrağı yandırılıb.