PSJ-nin hücumçusu Kilian Mbappe Fransa çempionatında klubun ən çox qol üzrə rekordunu yeniləyib.
Bu barədə Sherg.az "Report"a istinadən xəbər verir.
Hücumçu Fransa Birinci Liqasının XXI turunun "Lens"lə matçında qol vurub. Bu, onun Paris komandasının heyətində Fransa çempionatındakı karyerasında 139-cu qolu olub.
Əvvəlki ən yaxşı nailiyyət PSE-də 138 dəfə fərqlənən Edinson Kavaniyə məxsus idi. Reytinqdə üçüncü yeri Zlatan İbrahimoviç tutur (113).
PSJ "Lans"ı 3-1 hesabı ilə məğlub edib. Paytaxt klubunda qolları Mbappedən başqa Vitinya və Lionel Messi vurub.
PSJ 72 xal toplayaraq Fransa çempionatının turnir cədvəlində liderlik mövqeyini möhkəmləndirib. İkinci yerdə qərarlaşan "Lans" hazırda ondan 9 xal geri qalır.
PSJ rəhbərliyi cari mövsümün sonunda heyətdə "genişmiqyaslı təmizləmə" təşkil etməyi planlaşdırır.