“Arsenal” səfərdə xal itirib


İngiltərə Premyer Liqasının 31-ci turunun “Vest Hem Yunayted” - “Arsenal” komandalarının qarşılaşması başa çatıb.

“Report” xəbər verir ki, komandalar Londondakı “Olimpiya” stadionunda qarşılaşıblar.

Matçı Devid Kutun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Paytaxt klubları arasında oyun heç-heçə ilə yekunlaşıb.

Arsenal yeddinci və 10-cu dəqiqələrdə hücumçu Qabriel Jezus və yarımmüdafiəçi Martin Odeqardın qolları sayəsində 2:0 önə keçib. 33-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Mohamed Said Benrahma penaltini dəqiq yerinə yetirib. 54-cü dəqiqədə “Vest Hem”in hücumçusu Carrod Bouen hesabı bərabərləşdirib - 2:2.

Qeyd edək ki, 52-ci dəqiqədə “topçular”ın yarımmüdafiəçisi Bukayo Saka 11 metrlik cərimə zərbəsini qola çevirə bilməyib.

Xatırladaq ki, hazırda “Arsenal” turnir cədvəlinə başçılıq edir. Komanda 31 oyundan sonra 74 xal toplayıb. “Mançester Siti” 70 xalla 2-ci yerdədir. “Vest Hem” 31 xalla 15-ci yerdədir.