Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, 50 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada ukraynalı Oksana Livaçla üz-üzə gəlib.
Rəqibini 9:4 hesabı ilə məğlub edən Stadnik 9-cu dəfə Avropa çempionu olub.
Bu gün, həmçinin, Elnurə Məmmədova (55 kq) və Alyona Kolesnik (59 kq) bürünc medal uğrunda güləşəcəklər.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 6 medalla (2 qızıl, 2 gümüş, 2 bürünc) komanda hesabında Avropa çempionu olublar.
Yarış aprelin 23-də başa çatacaq.