Avropa çempionatı: Azərbaycanın üç yunan-Roma güləşçisi gümüş medal qazanıb - YENİLƏNİB

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 130 kq çəki dərəcəsində çıxış edən idmançı Rza Kayaalpla (Türkiyə) üz-üzə gəlib. 

Rəqibinə məğlub olan Şəriəti gümüş medalla kifayətlənib. 

87 kq-dakı İslam Abbasov isə bürünc medal qarşılaşmasında Laşa Qobadzeyə uduzaraq (Gürcüstan) beşinci yeri tutub.

21:12

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

"Report" xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı Leri Abuladze ilə (Gürcüstan) üz-üzə gəlib.

Rəqibinə məğlub olan Məmmədov yarışın gümüş medalına sahib çıxıb.

55 kq-dakı ikiqat qitə çempionu Eldəniz Əzizli eyni raundda Adem Uzuna (Türkiyə) uduzaraq gümüş medalla kifayətlənib.

Bu gün, həmçinin, 130 kq-dakı Sabah Şəriəti finalda Rza Kayaalpla (Türkiyə) qarşılaşacaq. 87 kq-dakı İslam Abbasov isə Laşa Qobadzeylə (Gürcüstan) bürünc medal uğrunda güləşəcək.