Oliver Kan və Həsən Salihamidziç Almaniyanın “Bavariya” futbol klubunu tərk ediblər.
APA xəbər verir ki, bu barədə Münhen komandasının mətbuat xidməti məlumat yayıb.
Almaniya çempionatının son turunda şənbə günü "Köln"ə 2:1 hesabı ilə qalib gələn “Bavariya” ardıcıl 11-ci dəfə ölkə çempionu olub.
Komandanın çempionatda qələbəsi “Borussiya” (Dortmund) – “Maynts” (2:2) oyununda heç-heçədən sonra mümkün olub.
Salihamidziç 2017-ci ildən "Bavariya"nın idman direktoru, Kan isə klubun idarə heyətinin sədri vəzifəsində çalışıb.
Kanı Yan-Kristian Drizen əvəz edəcək.
Münhen komandasının yeni idman direktorunun adı daha sonra açıqlanacaq.
Hər iki funksioner futbolçu kimi “Bavariya”da çıxış edib.
Kan 1994-2008-ci illərdə, Salihamidziç 1998-2007-ci illərdə Münhen klubunda oynayıb.