Növbəti mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən "Trabzonspor"da ayrılıq böhranı yaşanır. Klubun təcrübəli milli futbolçusu Dorukhan Toköz baş məşqçi Nenad Belitsaya ayrılması ilə bağlı istəyini çatdırıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, “Trabzonspor”un keçirdiyi son iki yoldaşlıq oyununda heyətə düşməyən Dorukhan Toközlə bağlı baş məşqçi Nenad Belitsa futbolçunun fiziki cəhətdən qeyri-kafi olduğu haqda məlumat verib.
Belitsaya ilə görüşündə getmək istədiyini bildirən Doruxan klub rəhbırliyi ilə də görüş keçirib.
Klubda qalmağa razı olmayan oyunçu ilə yolların ayrılması dair şərtlər müzakirə olunur.
Turan