Uels millisinin sabiq futbolçusu Rayan Giqqz bəraət alıb

Sevgilisini döyməkdə ittiham olunan Uels millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Rayan Giqqzin günahsız olduğu müəyyənləşib.

"Report" BBC-yə istinadən xəbər verir ki, 50 yaşlı keçmiş yarımmüdafiəçi bəraət alıb.

İyulun 31-nə təyin edilmiş məhkəmə prosesi baş tutmayacaq. Giqqzin bütün ittihamlar üzrə günahsız olduğu sübuta yetirilib.

Qeyd edək ki, Rayan Giqqz 2020-ci ilin noyabrında keçmiş sevgilisinə hücumda ittiham edilib. O, hadisədən sonra polis tərəfindən saxlanılsa da, bir gün sonra zaminə buraxılıb. 2018-ci ildə yığmanın baş məşqçisi təyin olunan mütəxəssis 2021-ci ildə komanda ilə vidalaşmalı olub.