“Çelsi” futbolçusunu satdı

“Çelsi” futbolçusu İtan Ampadunu “Lids”ə satıb.

Bu barədə “Lids”in saytı məlumat yayıb. Bildirilib ki, Uels millisinin üzvü ilə dördillik müqavilə imzalanıb.

Keçid üçün ödənən məbləğ açıqlanmayıb. Lakin mətbuat 22 yaşlı mərkəz müdafiəçisinin “Lids”ə səkkiz milyon avroya başa gəldiyini yazıb.
2017-ci ildən “Çelsi”nin üzvü olan Ampadu keçən mövsümü İtaliyada “Spetsiya”nın heyətində keçirib.