Azərbaycan millisinin hücumçusu "Bazel"ə qol vurub

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov çıxış etdiyi İsveçrə "Qrasshopper"ində növbəti qolunu vurub.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu evdə "Bazel"ə qarşı keçirilən ölkə çempionatının III tur oyununda fərqlənib.

Forvard 37-ci dəqiqədə - hesab 2:1 komandasının xeyrinə olarkən rəqib qapısına yol tapıb. Bu, ilk hissədə vurulmuş sonuncu qol olub.

Qeyd edək ki, hazırda görüşdə fasilədir. "Qrasshopper" ilk hissədən sonra hesabda öndədir - 3:1.