"Bavariya"da çıxış edən İngiltərə millisinin futbolçusu Harri Keyn 4-cü dəfə ata olub.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, 2019-cu ildə uşaqlıq sevgilisi Keytlə ailə quran Harri Keyn dördüncü övladının sevincini sosial mediada paylaşıb və oğlunun adını açıqlayıb:
"Dünyaya xoş gəlmisən, Henri Edvard Keyn. Mən səni sevirəm, oğlum".
Məşhur futbolçu oğlunun doğum tarixini də avqustun 20-si olaraq qeyd edib.
Harri Keyn 2019-cu ildə Chingfordda böyüdüyü uşaqlıq sevgilisi Keyt ilə evlənib. Cütlüyün Ayvi və Vivyen adlı iki qızı və Lui adlı bir oğlu var.
Cütlük mart ayında dördüncü övladlarını gözlədiklərini açıqlamışdı. Keyn ailəsinin yeni üzvü Almaniyanın Münhen şəhərində anadan olub.