Beləsi yox!  - Büdcəsinə 434 MİLYON AVRO  qazandırdı

Son 10 ildə transferlərdən ən çox xalis gəlir əldə edən (satış - alış) klublar açıqlanıb. Sherg.az  siyahını təqdim edir...


10) "DİNAMO ZAQREB"  - 251 MİLYON AVRO

Xorvatiya klubu dünya futboluna iki önəmli ulduz - Luka Modriç və Mateo Kovaçiçi gətirib. "Dinamo Zaqreb" 251 milyon avro ilə son 10 ildə ən çox gəlir əldə edən klublardan biri olub. Ən diqqət çəkən satışlar Dani Olmo, Josko Gvardiol, Marko Pjaca və Josip Sutalo idi.

9) PSV - 262 MİLYON AVRO
PSV-nin tarixində Ronaldo Nazario, Ruud van Nistelrooy və Aryen Robben kimi mühüm ulduzlar olub. Hollandiya komandası son 10 ildə 262 milyon avro gəlirli satış həyata keçirib. Bu adlar arasında Hirving Lozano, Cody Gakpo, Noni Madueke və Memphis Depayı saymaq olar.

8) "Lion" - 336 MİLYON AVRO
Dünyanın ən yaxşı infrastrukturuna malik olan Fransa klubu son illərdə satdığı futbolçuları ilə seçilir. “Lion” son on ildə 336 milyon avro qabağa düşüb. Fransa komandası bu rəqəmləri Nabil Fekir, Samuel Umtiti, Alexandre Lacazette, Tanguy Ndombele, Ferland Mendy, Malo Gusto kimi ulduzlardan qazanıb.

7) "Lill" - 350 MİLYON AVRO
Fransa komandası son 10 ildə 350 milyon avro gəlir əldə edib. Klubda Eden Hazard, Rafel Leao və Viktor Osimhen kimi ulduzlar vardı. Bundan əlavə, "Lill" Nikolas Pepeni 80 milyon avroya "Arsenal"a göndərib.

6) "PORTO" - 352 MİLYON AVRO
"PORTO"  cəmi 2 milyon avro ilə "Lill"i qabaqlayır. Bu yaxınlarda Otavionu 60 milyon avroya "Əl Nassr"a göndərməklə tarixin ən bahalı satışını edib. Eder Militao, Vitinha və Luis Diaz "Porto" tərəfindən edilən mühüm satışlardan bəziləridir.

5) "SPORTİNQ LİSBON"  - 376 MİLYON AVRO
Portuqaliya klubu  376 milyon avro ilə ciddi gəlir əldə edib. Son 10 ildə  Bruno Fernandesi “Mançester Yunayted”ə, Uqarteni PSJ-yə, Pedro Porronu “Tottenhem”ə, ​​Rafinyanı isə “Barselona”ya satıb.

4) "MONAKO" - 402 MİLYON AVRO
402 milyon avro satışdan ciddi gəlir əldə edən Fransa klubu Kilian Mbappe, Aurelien Tchouameni, James Rodriguez, Bernardo Silva, Thomas Lemar və Fabinho kimi ulduzları dünya futboluna tanıdıb.

3) "RB SALZBURQ" - 422 MİLYON AVRO
422 milyon avro gəlir əldə edən Avstriya klubu "Mançester Siti"nin ulduzu Erlinq Haaland, Sadio Mane və Upamekano kimi satışları ilə gündəmə gəlib.

2) "AYAKS"  - 434 MİLYON AVRO
Hollandiya komandası 434 milyon avro ilə 2-ci yerdədir. "Ayaks" son illərdə Frenkie de Yong, Matthijs de Ligt, Antoni və Hakim Ziyech kimi ulduz futbolçuları satıb.

Transferlərdə ən çox qazanc əldə edənlər siyahısında ilk sırada olan "Benfika" büdcəsinə  764 milyon avro qoyub. Klub  Feliksi 127 milyon avroya, Enzo Fernandesi 121 milyon avroya, Darvin Nunesi 80 milyon avroya, Ruben Diası 71 milyon avroya, Qonçalo Ramosu 65 milyon avroya sataraq tarixi uğura imza atıb.