Almaniyada Hans Flik dövrü başa çatmaq üzrədir

Almaniya Futbol Federasiyası, son matçlardakı pis nəticələrə görə  baş məşqçi Hans-Diter Fliklə yollarını ayırmaq qərarına gəlib. Sherg.az xəbər verir ki,  onu əvəzləyəcəyi gözlənilən məşqçilərin adları artıq açıqlanıb.

"BILD2 xəbər verir ki, Almaniya Futbol Federasiyası Hans Fliki istefaya göndərməyə hazırlaşır.

Flik dünən axşam Yaponiya ilə yoldaşlıq görüşündən 4:1 hesablı məğlubiyyətlə ayrılıb.

Son 5 matçda 4 məğlubiyyət və 1 heç-heçədən sonra İştirak etdikləri son Qətər Dünya Kubokunda Almaniya E qrupunda Yaponiya və İspaniyadan sonra 3-cü yeri tutaraq qrup mərhələsində turnirlə vidalaşıb.

Hans Flikin gedişi ehtimalı nəzərə alınaraq, Almaniya Futbol Federasiyasının Lui van Qaal və Yulian Naqelsmanın adlarını nəzərdən keçirdiyi qeyd edilib.