8 il sonra Ronaldo model sevgilisi ilə  evlənib

Braziliya futbolunun əfsanəvi adlarından olan Ronaldo Nazario və model Selina Loks evlənib.

Sherg.az xəbər verir ki, Ronaldo 8 ildir birlikdə olduğu model sevgilisi Selina Loksla evlənib.

Məşhur cütlük İspaniyanın İbiza adasında ailə qurub. Cütlük şad xəbəri sosial media hesablarında paylaşaraq açıqlayıb.

Bütün zamanların ən böyük oyunçularından biri hesab edilən Ronaldo "Barselona", "​​İnter", "Real Madrid" və "Milan" kimi komandalarda oynayıb.