Azərbaycan millisində işləməkdən qürur duyaram.
Axar.az xəbər verir ki, bunu Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Günəş ölkəsinin mətbuatına açıqlamasında bildirib.
71 yaşlı mütəxəssis müvafiq şəxslərdən ona təklif gəldiyini söyləyib:
"Rəsmi dəvəti gözləyirəm, oturub ətraflı danışmaq lazımdır. Azərbaycan futbolu yüksəlişdədir".
Qeyd edək ki, ötən gün AFFA-nın Ş.Günəşlə danışıqlara başlaması barədə məlumat yayılmışdı.